Modern.az

Ukrayna Finlandiya ilə əməkdaşlıq memorandumu imzaladı

Ukrayna Finlandiya ilə əməkdaşlıq memorandumu imzaladı

23 Yanvar 2023, 16:28

Ukrayna və Finlandiya arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, ölkələr müxtəlif istiqamətlər üzrə təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.

 

Rəqəmsal infrastrukturun qurulması və təkmilləşdirilməsi, kibertəhlükəsizlik sahəsində birgə mübarizə, innovasiyaların və inklüziv rəqəmsal həllərin inkişafı və s. sahələri əhatə edən memorandumun ölkələr arasındakı münasibətləri yaxınlaşdırdığı vurğulanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?