Avropa İttifaqı Ukraynaya növbəti yardım paketini qəbul edib.
Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqı XİN başçılarının bu gün keçirilən toplantısında razılıq əldə olunub.
Yardım paketinin həcmi 0.5 milyard avro təşkil edib. Bu məbləğ Ukraynanın hərbi baxımdan təmin olunmasına sərf olunacaq.
Qeyd edək ki, qərardan bir müddət əvvəl Aİ rəsmiləri yardım barədə ehtimallarını açıqlamışdılar.