Modern.az

Avropa Rusiyanın PUA sənayesini “vurmağa” hazırlaşır

Avropa Rusiyanın PUA sənayesini “vurmağa” hazırlaşır

23 Yanvar 2023, 19:30

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 10-cu sanksiyalar paketini hazırlayır.

 

Modern.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

 

Rəsmi olaraq təkliflər hələ açıqlanmayıb, lakin agentliyin mənbələri bildirirlər ki, Rusiyanın pilotsuz uçuş aparatları (PUA) istehsalına qarşı sanksiyalar genişləndirilə bilər.

 

Agentliyin məlumatına görə, Rusiya hərbi sənaye kompleksinin istifadə etdiyi PUA-lar və ikili təyinatlı mallar sanksiyalara məruz qalacaq.

 

Bundan əlavə, Aİ Rusiyaya dəstəyinə görə Belarusa qarşı da yeni məhdudlaşdırıcı tədbirlər hazırlayır.

 

Xatırladaq ki, dekabr ayında Aİ Rusiyaya təyyarə mühərrikləri və PUA-lar üçün komponentlərin ixracına qadağaları gücləndirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?