Modern.az

Estoniya artilleriya sistemlərinin hamısını Ukraynaya verdi

Estoniya artilleriya sistemlərinin hamısını Ukraynaya verdi

23 Yanvar 2023, 20:28

Estoniya ordusunun arsenalında olan bütün 155 mm-lik artilleriya qurğuları Ukraynaya tədarük edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfiri Kaimo Kuusk məlumat verib.

 

Diplomat bildirib ki, Estoniya bu yolla presedent yaratmaq istəyir: "Biz istəyirik ki, digər ölkələrin Ukraynanı müharibədə qalib gəlmək üçün lazımi silahlarla təmin etməməsi üçün heç bir bəhanə olmasın".

 

Qeyd edək ki, Estoniya hökumətinin Ukraynaya verdiyi hərbi yardımın dəyəri 113 milyon avrodur. Hərbi yardım paketinə onlarla 155 mm-lik FH-70 və 122 mm-lik D-30 haubitsaları, minlərlə 155 mm-lik artilleriya mərmisi, yüzlərlə M2 "Karl-Gustaf" tank əleyhinə qumbaraatan, artilleriya bölmələrini dəstəkləyən vasitələr daxildir. 

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?