ABŞ Ermənistan ilə Azərbaycan arasında sülh danışıqları üzrə danışıqları dəstəkləyir.
Modern.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı deyib.
Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasına sadiqliyini ifadə edib və sülh müqaviləsi üzrə danışıqları dəstəklədiyini bildirib.