Modern.az

Aİ Ukrayna hərbçilərinin təliminə vəsait ayırdı 

Aİ Ukrayna hərbçilərinin təliminə vəsait ayırdı 

23 Yanvar 2023, 23:26

Avropa İttifaqı (Aİ) Ukrayna hərbçilərinin Polşada təlim keçməsi üçün 45 milyon avro ayıracaq.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin baş diplomatı Josep Borrel məlumat verib.

 

Vəsait Avropa Sülh Fondundan verilib.

 

O, həmçinin Kiyevə 500 milyon avro məbləğində hərbi yardımın yeni tranşının ayrıldığını diqqətə çatdırıb.

 

Borrelin sözlərinə görə, münaqişə başlayandan bəri Avropa İttifaqından Ukraynaya yardımının ümumi həcmi 49 milyard avroya çatıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?