Modern.az

Əlcəzairdə helikopter qəzası - Hərbçilər öldü

Əlcəzairdə helikopter qəzası - Hərbçilər öldü

23 Yanvar 2023, 23:52

Əlcəzairin şimalında “Mi-171” helikopteri qəzaya uğrayıb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində biri polkovnik olmaqla üç hərbçi həlak olub.

Qəza zamanı helikopter planlı təlim uçuşu həyata keçirirmiş. Hadisənin səbəb və şəraitinin müəyyən edilməsi üçün araşdırmalara başlanılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?