Modern.az

Zelenskidən məmur və deputatlara QADAĞA

Zelenskidən məmur və deputatlara QADAĞA

24 Yanvar 2023, 08:35

Ukraynanın dövlət qulluqçularına, deputatlarına məzuniyyətə və ya dövlətin ehtiyacları ilə bağlı olmayan digər məqsədlər üçün xaricə getmələri qadağan edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski özünün teleqram kanalında məlumat yayıb.

 

Prezident bildirib ki, bununla bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarı var.

 

“Məmurların xaricə getməsi ilə bağlı Milli Təhlükəsizlik və Müdafiə Şurasının fundamental qərarı var. Bu, mərkəzi hakimiyyətin bütün məmurlarına, digər müxtəlif səviyyəli yerli idarəetmə orqanlarına, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, xalq deputatlarına, prokurorlara və bütün şəxslərə aiddir. İndi dincəlmək istəsələr, dövlət qulluğundan kənarda dincələcəklər. Artıq məmurlar nə məzuniyyətə, nə də başqa qeyri-dövlət məqsədləri üçün xaricə gedə bilməyəcəklər", - deyə Zelenski vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?