Modern.az

Ukraynada yüksək vəzifəli məmur İSTEFA VERDİ

Ukraynada yüksək vəzifəli məmur İSTEFA VERDİ

24 Yanvar 2023, 08:47

Ukrayna baş prokurorunun müavini Aleksey Simonenko istefa verib.

 

Modern.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Aleksey Qonçarenko "Telegram" kanalında məlumat yayıb.

 

Yerli KİV-də yer alan xəbərlərə əsasən, Prezident Volodimir Zelenskinin məmurlardan xaricə səyahətlərini dayandırmağı tələb etdiyinə dair müraciətinə baxmayaraq, Simonenko İspaniyanın Marbelya şəhərinə 10 günlük məzuniyyətə gedib.

 

Onun bu səbəbdən vəzifəsindən istefa verdiyi deyilir, lakin rəsmi açıqlama hələ ki verilməyib.

 

Qeyd edək ki, yanvarın 23-də Zelenski mərkəzi və yerli hakimiyyət orqanlarına aidiyyəti olan bütün məmurların xaricdə məzuniyyətə getməsini qadağan edən fərman imzalayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?