Almaniyanın "Rheinmetall" şirkəti Ukraynaya 139 ədəd tank verməyə hazırdır.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə şirkətin rəsmi nümayəndəsi məlumat verib.
Onun sözlərinə görə, şirkətin 88 ədəd "Leopard 1", 51 ədəd "Leopard 2A4" tankları olmaqla, Kiyevə tədarük edilməyə uyğun olan 139 tankı mövcuddur.
"Lakin bunun üçün hakimiyyətin icazəsi lazımdır", - deyə bildirilib.
Qeyd edək ki, ABŞ-ın Almaniyadakı Ramşteyn bazasında keçirilən Ukraynanın müdafiəsi üzrə son təmas qrupu toplantısında rəsmi Berlin Ukraynaya tank verilməsinə razı olmamışdı. Bu, böyük tənqidlər doğurmuşdu.