Modern.az

Rusiyanın daha 2 təyyarəsi vuruldu - SON VƏZİYYƏT

Rusiyanın daha 2 təyyarəsi vuruldu - SON VƏZİYYƏT

Dünya

24 Yanvar 2023, 09:53

Ukrayna qüvvələri Rusiyanın helikopter və təyyarələrini vurub.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, son sutka ərzində Ukrayna hərbçiləri Rusiyaya məxsus 2 ədəd Su-25 təyyarəsini, 1 ədəd Ka-52 helikopterini, 1 ədəd "Orlan-10" pilotsuz uçuş aparatı, 2 ədəd X-59 idarə olunan aviasiya raketini sıradan çıxarıb.

 

"Ukrayna aviasiyası son 24 saat ərzində düşmənin şəxsi heyətinin, silah-sursatının və hərbi texnikasının cəmləşdiyi rayonlara 8 zərbə endirib, o cümlədən zenit-raket kompleksi mövqeləri vurulub", - deyə məlumatda qeyd olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?