Modern.az

Robert Köçəryan siyasi passivlik qərarı verdi

Robert Köçəryan siyasi passivlik qərarı verdi

24 Yanvar 2023, 10:28

Eks-prezident Robert Köçəryanın və ailəsinin işləri yaxşı getmir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri bildirib.

Məlumata görə, maliyyə sarıdan problemlərlə üzləşmiş eks-prezident ailəsinə məxsus media orqanlarında ixtisarlara başlanılıb. Köçəryana məxsus Yerevantoday.am xəbər saytında əməkdaşlara fevralın 1-dən minimum heyətlə işləyəcəkləri bildirilib. 

“Prosesin həm də siyasi konteksti var. Komanda ilə son görüşdə Robert Köçəryan bildirib ki, passiv olmaq qərarına gəlib, çünki sağ və solçular onu meydanı zəbt etməkdə ittiham edirlər, bildirirlər yeni müxalifətin formalaşmasına imkan vermir”, - deyə məlumatda qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?