Türkiyədə sabah Milli Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, iclasa ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan sədrlik edəcək.
Toplantıda həm daxili, həm də xarici siyasət mövzuları gündəlikdə olacaq.
Bildirilib ki, İsveçdə Quranın yandırılması məsələsi və Ankaranın reaksiyası, Türkiyə-Suriya normallaşma prosesi, Yunanıstanla münasibətlər və bir sıra digər aktual məsələlərin müzakirəsi nəzərdə tutulub.