ABŞ-ın keçmiş prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina niyə "Balaca Raket Adam" deməsinin səbəbini izah edib.
Modern.az "Business Insider"ə istinadən xəbər verir ki, Tramp bunu Elton Conun mahnısından götürdüyünü deyib.
Belə ki, 2017-ci ildə KXDR bir sıra ballistik raket sınaqları keçirəndə Tramp Kim Çen Inla qiyabi polemikanın qızğın vaxtında onu bir neçə dəfə "Balaca Raket Adam" adlandırıb. Buna cavab olaraq KXDR lideri Trampa "ağlını itirən qoca adam" deyib.
Daha sonra birgə sammitdə Tramp Kim Çen Indan "Rocket Man" mahnısının müəllifi Elton Conun kim olduğunu bilib-bilmədiyini soruşub. Şimali Koreya lideri mənfi cavab verib. Tramp ona izah edib ki, Kim Çen Ina bu ləqəbi verməyə ruhlandıran məhz həmin mahnı olub.