Finlandiya XİN rəhbəri Pekka Haavisto ölkəsinin NATO-ya üzvlük prosesindən danışıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Finlandiya və İsveçin Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqlarına fasilə vermək lazım olduğunu bildirib.
Nazir qeyd edib ki, rəsmi Helsinki İsveç olmadan NATO-ya müraciət etməyi də düşünə bilər.
"Helsinki və Stokholm alyansa qoşulmaq üçün birgə ərizə veriblər, lakin indi İsveç və Türkiyə arasında münasibətlərin pisləşməsi fonunda vəziyyəti yenidən qiymətləndirmək lazımdır", - deyə XİN başçısı söyləyib.