Modern.az

İranlı spiker İsveçdə Quranın yandırılmasını pislədi

İranlı spiker İsveçdə Quranın yandırılmasını pislədi

24 Yanvar 2023, 11:34

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İsveçdə Qurani-Kərimin təhqir edilməsini pisləyən açıqlama verib.

Modern.az-ın xəbərinə görə, çərşənbə axşamı parlamentin açıq iclasında çıxış edən Qalibaf deyib ki, dini müqəddəslərə qarşı bu cür hərəkətlər bütün dünyada müsəlmanların və monoteistlərin hisslərini incitdi. 

O əlavə edib ki, İsveç siyasətçiləri bu aşkar və nəzərdə tutulmuş islamafobiyanı saxta söz azadlığı maskası arxasında gizlədə bilməzlər.

Xatırladaq ki, İsveç sağçılarının lideri Rasmus Paludan Türkiyənin Stokholmdakı səfirliyi qarşısında Qurani-Kərimi yandırmaq üçün ölkə hökumətindən icazə alıb. O, hadisəni törədərkən polis tərəfindən mühafizə olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?