Rusiyanın Ukraynada yeni hücumu yazda və ya yaya yaxın başlaya bilər.
Modern.az "Unian"a istinadən xəbər verir ki, bu ehtimalı Müharibə Tədqiqatları İnstitutu (ISW) irəli sürüb.
"Ukrayna kəşfiyyatının məlumatları institutun Rusiyanın hücuma başlamaq üçün qoşunlarını yenidən qruplaşdırdığı barədə proqnozlarını təsdiqləyir", - deyə institutun analitikləri belə hesab edir.
"Belarusdan yeni hücum ehtimalı isə azdır", - deyə ISW-nin məlumatında qeyd olunub.