Modern.az

FETÖ-nün Polis Akademiyasında şəbəkəsi üzə çıxdı - 17 nəfər tutuldu

FETÖ-nün Polis Akademiyasında şəbəkəsi üzə çıxdı - 17 nəfər tutuldu

24 Yanvar 2023, 11:52

Türkiyədə FETÖ terror təşkilatının Polis Akademiyasındakı şəbəkəsinə qarşı əməliyyat keçirilib.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, İstanbul, Ankara və Diyarbakır olmaqla, əməliyyat ümumilikdə 3 vilayətdə gerçəkləşdirilib.

 

Əməliyyat çərçivəsində 24 müxtəlif ünvana basqın edilib. Nəticədə axtarışda olan 20 şübhəli şəxsdən 17-si saxlanılıb.

 

Hazırda saxlanılanlarla bağlı araşdırmalar aparılır və axtarışda olan digər şübhəlilərin saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?