Ermənistanın ombudsmanı Kristine Qriqoryan ikinci dəfə istefa verib.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu, Ermənistanın qanunvericiliyi ilə bağlıdır.
Belə ki, qanuna əsasən, Ermənistanda ombudsman yalnız istefası ilə bağlı qərarını açıqladıqdan bir müddət sonra ikinci oxşar bəyanatla çıxış edərək səlahiyyətlərini itirmiş olur.
K.Qriqoryan ilk dəfə istefasını ötən gün açıqlamışdı.
Qeyd edək ki, o, ötən ilin yanvarında baş nazir Nikol Paşinyan tərəfindən namizədliyi irəli sürülərək parlamentdə ombudsman seçilmişdi.