Modern.az

Qaqauz muxtariyyətindən Moldova deputatlarına ETİRAZ

Qaqauz muxtariyyətindən Moldova deputatlarına ETİRAZ

25 Yanvar 2023, 09:50

Moldovada Qaqauz muxtariyyətinin qanunverici orqanı ölkə parlamentinin bəzi deputatlarının açıqlamalarına etiraz edib. 

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Qaqauziya Xalq Məclisi Moldova siyasətçilərinə etiraz olaraq bəyannamə qəbul edib.

 

"Son zamanlar özümüzə və qaqauz xalqına qarşı hiss etdiyimiz hücumların şahidi olmusunuz. Bəzi siyasətçilər qaqauz xalqına qarşı əslində irqçiliyin sərhədlərinə yaxın olan bəyanatlar verirlər", - bəyannamədə deyilir.

 

Bundan əvvəl Moldova parlamentinin bəzi deputatlarının qaqauzların muxtariyyətinin ləğv edilməsi təklifi də vurğulanıb.

 

Qeyd edək ki, Moldova qərbyönümlü siyasət yürütdüyü üçün Rusiyanın rəsmi Kişinyova qarşı etnik azlıqlar "kartından" istifadə etdiyi barədə geniş yayılmış qənaət mövcuddur.

Sizə yeni x var
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?