Modern.az

Gürcüstanla sərhəddəki gömrük məntəqəsi bu il açılacaq

Gürcüstanla sərhəddəki gömrük məntəqəsi bu il açılacaq

Dünya

26 Yanvar 2023, 15:56

Gürcüstanla Azərbaycan arasında "Laqodexi" gömrük-buraxılış məntəqəsi bu il açılacaq.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bunu ölkənin maliyyə naziri Laşi Xuçsuşvili deyib.

 

Onun sözlərinə görə, hazırda Gürcüstan-Azərbaycan sərhədində 6 gömrük-buraxılış məntəqəsi fəaliyyət göstərir ki, onlardan biri dəmir yoluna aiddir.

 

Nazir əlavə edib ki, ölkənin sərhədlərində yerləşən digər gömrük-buraxılış məntəqələrində də təmir və infrastrukturun bərpası işləri aparılacaq.

 

Qeyd edək ki, "Laqodexi" gömrük-buraxılış məntəqəsi təmir səbəbindən bağlanmışdı. Azərbaycanda 2020-ci ilin martından quru sərhədləri bağlı olduğu üçün bu məntəqənin açılması onun istifadəyə veriləcəyi mənasına gəlmir.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər