Ermənistanın daxili işlər naziri Vahe Kazaryan ABŞ-ın İrəvandakı müvəqqəti işlər vəkili Çip Laytinen və Avropa İttifaqının səfiri Andrea Viktorinlə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, diplomatlar Kazaryanı nazir təyin olunması münasibətilə təbrik ediblər.
"ABŞ Ermənistanı hüquq-mühafizə sahəsində islahatları davam etdirdiyi müddətcə tam şəkildə dəstəkləyəcək", - deyə məlumatda qeyd olunub.