Modern.az

Türkiyə Ukraynaya üzən stansiyalar verəcək

Türkiyə Ukraynaya üzən stansiyalar verəcək

Dünya

26 Yanvar 2023, 18:42

Türkiyənin "Karpowership" şirkəti Ukraynaya üzən elektrik stansiyaları verəcək.

 

Modern.az xəbər verir ki, şirkət stansiyaların verilməsi ilə bağlı Ukraynanın enerji şirkəti ilə müqavilə imzalayıb.

 

500 MVt gücündə üzən elektrik stansiyaları Ukraynada 1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.

 

"Üzən elektrik stansiyaları elektrik problemlərinə sürətli, etibarlı və çevik həllər təklif edir və biz bu işdə Ukraynaya mümkün qədər tez dəstək verməyə hazırıq", - şirkət rəsmisi bildirib.

 

Üzən elektrik stansiyaları Moldova və Rumıniya limanlarında yerləşdirilə bilər. Ukrayna şəbəkələri bu ölkələr vasitəsilə elektrik enerjisi alacaq. Ukrayna və Türkiyə şirkətləri məsələ ilə bağlı Rumıniya və Moldova hakimiyyətləri ilə danışıqlar aparmağı planlaşdırır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?