Modern.az

Daha bir ölkə Ukraynaya tank göndərməyi düşünür 

Daha bir ölkə Ukraynaya tank göndərməyi düşünür 

Dünya

26 Yanvar 2023, 21:18

Kanada Ukraynaya dörd ədəd "Leopard 2" tankı tədarük etməyi düşünür, lakin hələlik heç bir qərar verilməyib.

 

Modern.az xəbər verir ki, bu barədə "CBC News" mənbələrə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, hökumət yanvarın 26-da Kiyevə tankların göndərilməsini elan edə bilər.

 

İddialara əsasən, Kanada çox güman ki, Ukraynaya ordunun xidmətində olan ən köhnə A4 variantını göndərəcək. Kanada A4-ü Əfqanıstan müharibəsi zamanı Niderlanddan alıb.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər