Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) mütəxəssisləri Ukraynanın Zaporojye atom elektrik stansiyasının (AES) yaxınlığında güclü partlayışlar eşidiblər.
Modern.az xəbər verir ki, bu barədə Agentliyin açıqlamasında deyilir.
Bildirilib ki, partlayışlar AES-in yaxınlığında hərbi əməliyyatların aparıldığını göstərir. Partlayışların bəzilərinin Avropanın ən böyük atom elektrik stansiyasının yaxınlığında baş verdiyi qeyd olunub.
"Dünən yerli vaxtla saat 10:00 radələrində səkkiz güclü partlayış səsi eşidilib, nəticədə stansiyanın ofislərindəki pəncərələr silkələnib. Bu gün də partlayışlar eşidilib", - BAEA rəhbəri Rafael Qrossi bildirib.
Akif İsmayılov