Modern.az

İsrail HƏMAS-ın mövqelərini bombaladı

İsrail HƏMAS-ın mövqelərini bombaladı

Dünya

27 Yanvar 2023, 09:12

İsrail Fələstin ərazilərindəki hərbi obyektlərə zərbələr endirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilib ki, zərbələr HƏMAS-ın döyüşçülərə təlim keçdiyi nöqtələrə endirilib.

 

Məlumata görə, qırıcılar və dronlar tərəfindən bu obyektlərin hədəf alınması HƏMAS-ın İsrail ərazilərinə zərbə endirməsinə cavab məqsədi daşıyır.

 

Ölən və ya yaralananlarla bağlı məlumat verilməyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər