Modern.az

İki hərbi təyyarə təlimdə qəzaya uğradı

İki hərbi təyyarə təlimdə qəzaya uğradı

Dünya

28 Yanvar 2023, 10:40

Hindistan Hərbi Hava Qüvvələrinə məxsus iki təyyarə Madhya-Pradeş ştatında qəzaya uğrayıb.

 

Modern.az xəbər verir ki, bu barədə NDTV telekanalı məlumat yayıb.

 

Bildirilib ki, Hindistan Hərbi Hava Qüvvələrinin Qvaliordakı hərbi bazasından havaya qalxan “Su-30” və “Mirage 2000” qırıcıları təlim uçuşları zamanı qəzaya uğrayıb. Pilotların taleyi bəlli deyil.

 

Hadisə ilə bağlı hələ rəsmi məlumat verilməyib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər