Modern.az

61 yaşlı general prezident SEÇİLDİ

61 yaşlı general prezident SEÇİLDİ

28 Yanvar 2023, 18:59

Çexiyada keçirilən prezident seçkilərinin ikinci turunda istefada olan ordu generalı və NATO Hərbi Komitəsinin keçmiş rəhbəri Petr Pavel qalib gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Çexiyanın "Novinky" agentliyi məlumat yayıb.

 

Bildirilib ki, səsvermədə istifadə edilən bülletenlərin təximinən 90%-i artıq sayılıb. Nəticələrə əsasən, Pavel 56,1% səs toplayıb, onun rəqibi, 68 yaşlı keçmiş baş nazir Andrey Babiş 43,9% səs yığıb. 

 

Baş nazir Pyotr Fiala onu seçkilərdə qələbə qazanması münasibətilə təbrik edib.
 

61 yaşlı Petr Pavel hərbi kəşfiyyatda, BMT-nin Yuqoslaviyada sülhməramlı missiyasında, həmçinin Çexiya Müdafiə Nazirliyində xidmət edib. Andrej Babiş isə biznesmen, milyarder, keçmiş maliyyə naziridir. O, Rusiya ilə əlaqələrin gücləndirilməsinin tərəfdarıdır. Bu xüsusiyyətlərinə görə o, "Çexiyanın Trampı” adlandırılır.

 

Pavelin tənqidçiləri deyirlər ki, o, hərbçi kimi Çexiyanı Ukraynadakı müharibəyə sürükləyə bilər. O, bu ittihamların tamamilə cəfəngiyyat olduğunu bildirib. "Mən bir əsgər kimi müharibənin nə olduğunu bilirəm və bunu heç kimə arzulamaram. Mən buna heç vaxt icazə verməyəcəm”, - deyə general vurğulayıb.

 

Qeyd edək ki, Çexiya parlamentli respublika olsa da, prezident birbaşa xalq tərəfindən seçilir. Prezident ölkədə hökumətlərin formalaşdırılmasında güclü söz sahibidir. Dövlət başçısı, həmçinin ölkəni xaricdə təmsil edir, silahlı qüvvələrin ali baş komandanıdır və Mərkəzi Bankın idarə heyətinin üzvlərini təyin edir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?