Modern.az

Xəstəxanada partlayış - Onlarla rus hərbçi öldü

Xəstəxanada partlayış - Onlarla rus hərbçi öldü

Dünya

28 Yanvar 2023, 19:44

Ukraynanın işğal altındakı Novoaydar şəhərində yerləşən Rusiya hərbçilərinin müalicə aldığı xəstəxanada partlayış olub.

 

Modern.az xəbər verir ki, bu barədə şəhərin yerləşdiyi Luqansk vilayətinin hərbi administrasiya rəhbəri Sergey Qayday özünün "Telegram" kanlında məlumat yayıb.

 

O bildirib ki, partlayış nəticəsində xəstəxanada müalicə alan onlarla rusiyalı hərbçi ölüb.

 

Rusiya partlayışa görə Ukraynanı ittiham edib. 

 

Müdafiə Nazirliyi iddia edib ki, Ukrayna ordusu xəstəxanaya HIMARS raket sistemi ilə zərbə endirib, nəticədə 14 nəfər ölüb, 24 nəfər yaralanıb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər