Modern.az

Almaniya kansleri Cənubi Amerika turuna çıxır

Almaniya kansleri Cənubi Amerika turuna çıxır

Dünya

28 Yanvar 2023, 21:42

Almaniya kansleri Olaf Şolts Cənubi Amerika turuna çıxır.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, o, Argentina, Çili və Braziliyaya səfər edəcək.

 

Üç günlük səfər çərçivəsində Şolts regionun üç ən böyük iqtisadiyyatına malik ölkənin lideri ilə danışıqlar aparacaq.

 

Agentlik qeyd edir ki, Şolts hökuməti bu səfərlə Almaniyanın Çindən iqtisadi asılılığını azaltmağa və bütün dünyada demokratiya ilə əlaqələri gücləndirməyə çalışır.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?