Modern.az

Rusiyanın hücumları dəf edilib - Ukrayna Baş Qərargahı

Rusiyanın hücumları dəf edilib - Ukrayna Baş Qərargahı

29 Yanvar 2023, 09:55

Ukrayna Silahlı Qüvvələri Donbasda, Baxmut və Uqledar yaxınlığında Rusiyanın hücumlarını dəf edib.

 

Modern.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusunun Baş Qərargahı məlumat yayıb.

 

Bildirilib ki, Ukrayna Rusiya qüvvələrinə güclü zərbələr endirib.

 

"Son sutka ərzində Ukrayna aviasiyası işğalçıların cəmləşdiyi rayonlara 4 zərbə endirib, raket və artilleriyaçılarımız 2 komanda məntəqəsinə, 2 hava hücumundan müdafiə sisteminə, canlı qüvvənin cəmləşdiyi əraziyə, 1 sursat anbarına zərbələr endirib", - deyə məlumatda qeyd olunub.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər