Modern.az

Şimali Koreya ABŞ-ı hədələdi - Rusiyaya silah verməmişik

Şimali Koreya ABŞ-ı hədələdi - Rusiyaya silah verməmişik

29 Yanvar 2023, 10:28

Şimali Koreya ABŞ-ı Rusiya ilə silah ticarətinə dair şayiələrin yayılmasına görə hədələyib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə KXDR Xarici İşlər Nazirliyinin ABŞ üzrə departamentinin direktoru Kvon Conq Geun bildirib.

 

"Birləşmiş Ştatlar başa düşməlidir ki, ölkəmiz haqqında uydurma yalanları yaymağa davam etsələr, özləri üçün arzuolunmaz nəticələrlə üzləşəcəklər", - deyə o söyləyib.

 

"Bu cür hərəkətlər bizim tərəfimizdən təxribat və KXDR-in dünyadakı nüfuzuna xələl gətirmək cəhdi kimi qiymətləndirilir", - deyə XİN rəsmisi əlavə edib.

 

Qeyd edək ki, KXDR-in Rusiyaya silah tədarükü ilə bağlı məlumatlar yayılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?