Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin ABŞ-ın Ukraynaya hərbi yardımlarından söz açıb.
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, o, Vaşinqtonun addımlarını tənqid edib.
"Ukraynaya silah tədarükü Vaşinqtonun hərbi əməliyyatlarda birbaşa iştirakını göstərir", - deyə Volodin söyləyib.
"Bu, ABŞ-ın müstəmləkəsini itirmək qorxusuna dəlalət edir", - deyə spiker bəyan edib.