İsraildə vətəndaşların silah alması asanlaşdırılır.
Modern.az İsrail mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir Benyamin Netanyahunun ofisi məlumat yayıb.
Qərar terror aktlarının artması və ekstremizmlə mübarizə tədbirləri ilə əlaqələndirilib.
Bildirilib ki, Nazirlər Kabineti terrorizmlə mübarizə çərçivəsində bəzi tədbirlər barədə qərar qəbul edib. İsrail vətəndaşları üçün silah gəzdirmək icazələrinin verilməsi prosesi asanlaşdırılacaq.
Qeyd edək ki, bir neçə gün öncə İsrailin Yerusəlim şəhərində sinaqoqa hücum edilib. Terror aktı nəticəsində 8 nəfər həlak olub, 10 nəfər yaralanıb.