Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan misirli həmkarı Sami Şükrü ilə görüşüb.
Modern.az xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Tərəflər Laçın dəhlizindəki situasiyanı müzakirə ediblər.
Bildirilib ki, nazirlər həmçinin Ermənistanın Türkiyə və Azərbaycanla münasibətlərinin normallaşdırılması, Misirlə əməkdaşlıq perspektivləri və regional təhlükəsizlik məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, görüş Misir nümayəndə heyətinin Ermənistana səfəri çərçivəsində baş tutub.