Modern.az

Daşnak fəalın Ermənistana girişi qadağan olundu

Daşnak fəalın Ermənistana girişi qadağan olundu

29 Yanvar 2023, 14:52

Ermənistanda Daşnaksütyun partiyasının daha bir üzvü barədə ölkəyə giriş qadağası tətbiq edilib.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu haqda sosial media hesablarında məlumat yayılıb.

 

Belə ki, Daşnaksütyun partiyasının Fransadakı şöbəsinin Gənclər Birliyinin sədri Njde Karakavoryanı "persona non qrata" elan edilib.

 

Bildirilib ki, bu addım heç bir izah verilmədən atılıb. O, partiya konqresində iştirak etmək üçün fevralın 6-10-da Sünikə gəlməli idi.

 

Qeyd edək ki, bundan əvvəl Daşnaksütyunun digər nümayəndələri Murad Papazyan, Masis Abrahamyan və Syune Abrahamyanın ölkəyə girişi yasaqlanmışdı.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər