Modern.az

Portfelsiz nazir istefaya göndərildi

Portfelsiz nazir istefaya göndərildi

Dünya

29 Yanvar 2023, 15:08

Böyük Britaniya hökumətində portfelsiz nazir vəzifəsini tutan Nadim Zəhavi istefaya göndərilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş nazir Rişi Sunak qərar verib.

 

Zəhavinin vergi skandalı ilə bağlı işdən çıxarıldığı bildirilir.

 

Qeyd edək ki, N.Zəhavi 1967-ci ildə İraqda kürd ailəsində anadan olub. Daha sonra Britaniyaya köçən siyasətçi Boris Conson və Liz Trass hökumətlərində təhsil naziri postunu tutub. Ötən ilin 25 oktyabrından isə o, hökumətdə portfelsiz nazir kimi təmsil olunurdu. Həmçinin Zəhavi Konservatorlar Partiyasının sədri idi.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər