Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak İrandakı partlayışlara münasibət bildirib.
Modern.az xəbər verir ki, o, bu barədə tviter səhifəsində yazıb.
"Müharibə məntiqi amansız və öldürücüdür. Müəllifləri və tərəfdaşları ciddi şəkildə hesab verir.
Rusiyada çaxnaşma - sonsuz səfərbərlik, Moskvada raketdən müdafiə, 1000 km məsafədə səngərlər, bomba sığınacaqlarının hazırlanması. İranda partlayış dolu gecə - dron və raket istehsalına, neft emalı zavodlarına... Ukrayna sizə xəbərdarlıq etmişdi", - deyə Ukrayna rəsmisi vurğulayıb.
Qeyd edək ki, ötən gün İranın bir sıra şəhərlərində güclü partlayış səsləri eşidilib. İddialara görə, İsrail İrana havadan zərbələr endirib. Lakin tərəflər hücumla bağlı məlumat yaymayıblar.
War logic is inexorable & murderous. It bills the authors & accomplices strictly.
— Михайло Подоляк (@Podolyak_M) January 29, 2023
Panic in RF - endless mobilization, missile defense in Moscow, trenches 1000 km away, bomb shelters preparation.
Explosive night in Iran - drone & missile production, oil refineries.
?? did warn you