Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna inqilabı zamanı həyatını itirənlərin xatirəsini anıb.
Modern.az xəbər verir ki, Zelenski bu barədə "Telegram" kanalında yazıb.
"1917-1921-ci illər Ukrayna İnqilabı zamanı müstəqil Ukrayna uğrunda mübarizədə həlak olanların xatirəsi əbədidir! Krutı qəhrəmanlarına əbədi eşq olsun! Yaşasın, Ukrayna!", - deyə o qeyd edib.
Xatırladaq ki, 1917-21-ci illərdə Ukrayna Rusiyaya qarşı müstəqillik uğrunda mübarizə aparırdı.