Modern.az

Türkiyədən Avropadakı vətəndaşlara XƏBƏRDARLIQ

Türkiyədən Avropadakı vətəndaşlara XƏBƏRDARLIQ

Dünya

29 Yanvar 2023, 17:49

"Son zamanlar bəzi Avropa ölkələrində anti-islam, ksenofob və irqçilik xarakterli aksiyaların, terror təşkilatına bağlı qrupların ölkəmizə qarşı təbliğat xarakterli nümayişlərinin artdığı müşahidə edilir. Avropada dini dözümsüzlük və nifrətin təhlükəli ölçülərini əks etdirən bu yeniliklər Avropada irqçi və ayrı-seçkilik hərəkatlarının çatdığı həyəcanverici səviyyəni açıq şəkildə ortaya qoyur".

 

Modern.az xəbər verir ki, bu fikirlər Türkiyə XİN-in saytında yerləşdirilmiş Avropadakı vətəndaşlara xəbərdarlıq mətnində yer alıb.

 

"Bu cür hadisələrin baş verdiyi ölkələrdə yaşayan və ya səyahət etməyi planlaşdıran vətəndaşlar diqqətli olmalı, nümayişlərin intensivləşə biləcəyi ərazilərdən uzaq durmalı, mümkün ksenofobiya və irqçi təqib və hücumlar qarşısında sakit davranmalı, yerli təhlükəsizlik qüvvələrinə müraciət etməlidir", - deyə qeyd edilib.

 

Bildirilib ki, Avropada yaşayan və ya Avropa ölkələrinə səyahət etməyi planlaşdıran Türkiyə vətəndaşları ehtiyac yarandığı halda nazirliyə müraciət edə bilərlər.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər