Ermənistanın baş naziri Nikol Paşinyan Misir prezidenti Əbdəlfəttah əs-Sisi ilə görüşüb.
Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, görüş Misir prezidentinin Ermənistana səfəri çərçivəsində baş tutub.
Tərəflər Ermənistan-Misir əməkdaşlığının perspektivlərini müzakirə ediblər.
Paşinyan Misir prezidentinin müstəqil Ermənistanın tarixində ilk səfərinin əhəmiyyətini vurğulayıb: "Yəqin ki, bunun şərəfinə İrəvana qar yağıb".