Yanvarın 29-da İranda yenidən zəlzələ olub.
Modern.az xəbər verir ki, zəlzələ Xoy şəhərindən 22 kilometr cənubda, 10 kilometr dərinlikdə qeydə alınıb.
5,0 bal gücündə baş verən zəlzələ Ermənistanda da hiss olunub.
Qeyd edək ki, ötən gün İranda baş vermiş zəlzələ nəticəsində minə yaxın adam xəsarət alıb.
Akif İsmayılov