İtaliyanın Baş naziri Giorgia Meloninin başçılıq etdiyi nümayəndə heyəti dünən Liviyaya səfər edib.
Modern.az xəbər verir ki, səfər zamanı onu İtaliya xarici işlər naziri Antonio Tajani və daxili işlər naziri Matteo Piantedosi müşayiət edib.
Tripoliyə səfərində İtaliyanın enerji nəhəngi "Eni" şirkətinin baş direktoru Klaudio Deskalzi də iştirak edib. Səfər zamanı "Eni" ilə Liviyanın enerji şirkəti "Noc" arasında 8 milyard dollarlıq müqavilə imzalanıb.
İtaliya hökuməti ölkəni Şimali Afrikadan Avropaya nəql olunacaq qazın paylama mərkəzinə çevrilməyi planlaşdırsa da, müxalifət layihəni “müstəmləkəçilik” kimi tənqid edir.
Akif İsmayılov