Rusiyanın xarici işlər naziri Sergey Lavrov İsrail və Fələstin xarici işlər nazirləri Eli Koen və Riyad əl-Maliki ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
O, Fələstin-İsrail münaqişəsi zonasında zorakılığın yeni mərhələsi ilə bağlı narahatlığını bildirib və gərginliyə səbəb olacaq hərəkətlərdən çəkinməyə çağırıb.
"Sergey Lavrov İsrail və Fələstin tərəfləri arasında ümumi qəbul edilmiş beynəlxalq hüquqi əsasda danışıqlar prosesinin yenidən başlaması üçün beynəlxalq vasitəçilər dördlüyü səylərinin təcili bərpa edilməsinin zəruriliyini vurğulayıb", - XİN bildirib.
Akif İsmayılov