Türkiyənin Aralıq dənizi sahillərində 4,4 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar İdarəsi (AFAD) məlumat yayıb.
Zəlzələ saat 19:12-də qeydə alınıb və 18,35 kilometr dərinlikdə müəyyən edilib.
Yeraltı təkanlar Hatay bölgəsində hiss olunub. Bölgənin icra nümayəndəsi zəlzələ nəticəsində hər hansı itkinin olmadığını bildirib.
Akif İsmayılov