"Rusiya və ABŞ məhkumların mübadiləsi ilə bağlı danışıqları davam etdirəcək, amma bu cür həssas məsələ sakitliyi sevir".
Modern.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiya XİN başçısının müavini Sergey Ryabkov deyib.
Onun sözlərinə görə, ABŞ "rus məsələsi" ilə bağlı qərar istiqamətində fəaliyyətini Rusiya ilə toqquşmanın sərhədlərində balanslaşdırır.
Nazir müavini "hamının hamıya" prinsipi ilə məhkumların mübadiləsi ehtimalına da eyham vurub.
Qeyd edək ki, bundan əvvəl bu cür mübadilə artıq bir dəfə baş tutub. Mübadilə çərçivəsində məşhur rusiyalı silah baronu Viktor But Rusiyaya qaytarılıb.