Modern.az

Ermənilər yəhudilərə qarşı təxribat törətdilər

Ermənilər yəhudilərə qarşı təxribat törətdilər

30 Yanvar 2023, 09:54

İsrailin Qüds (Yerusəlim) şəhərində ermənilərlə yəhudilər arasında kütləvi dava düşüb.

 

Modern.az xəbər verir ki, buna ermənilərin “İsrail bizim ölkəmizdir” deməsi səbəb olub.

 

Bundan hiddətlənən yəhudilər ermənilərə “sizin burada torpağınız yoxdur, bura bizim ölkəmizdir, gedin, buradan”, - deyə cavab veriblər.

 

Daha sonra ermənilər yəhudiləri təqib ediblər. Bundan sonra yəhudilərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarını köməyə çağırıb.

 

Qarşıdurmaya polis əməkdaşları müdaxilə ediblər. Asayiş keşikçiləri dinc sakinləri təqib edən ermənilərin qarşısını kəsiblər. Toqquşmanı daha da dərinləşdirən Gevorq Kaxkecyan adlı təxribatçı saxlanılıb.

 

O, məhkəmənin qərarı ilə 20 sutka ev dustaqlığına məhkum edilib. Faktla bağlı araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər