Modern.az

Erməni deputatlar Moskvaya gedir - SƏBƏB

Erməni deputatlar Moskvaya gedir - SƏBƏB

Dünya

30 Yanvar 2023, 10:13

Ermənistan parlamentinin deputatlarından ibarət nümayəndə heyəti Rusiyaya səfər edəcək.

 

Modern.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, səfər proqramı 3 günlük nəzərdə tutulub.

 

Moskvaya gedən deputatların arasında parlamentin vitse-spikeri Akop Arşakyan, qanunverici orqanın müdafiə və milli təhlükəsizlik məsələləri üzrə komissiyasının sədri Andranik Koçaryan və digərləri var.

 

Bildirilib ki, Rusiya paytaxtında KTMT-yə üzv dövlətlərin parlamentlərinin xarici əlaqələr, müdafiə və milli təhlükəsizlik üzrə komitələrinin birgə toplantısı keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?