Modern.az

Deputat Saakaşvilinin partiyasına sədr seçildi 

Deputat Saakaşvilinin partiyasına sədr seçildi 

Dünya

30 Yanvar 2023, 10:48

Gürcüstanda sabiq prezident Mixail Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasında sədr seçkiləri keçirilib.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə partiyanın Siyasi Şurasının sədri Koba Nakopiya məlumat verib.

 

O bildirib ki, parlamentin deputatı Levan Xabeişvili sədr seçilib. Deputat səslərin 52 faizini toplayaraq lider olub.

 

Digər namizədlərdən Nika Meliya 40 faiz, Nona Mamulaşvili 3.33 faiz, Georgi Mumladze isə 3.68 faiz səs yığa bilib.

 

Yerli vaxtla saat 10:00-da bitən səsvermədən sonra brifinq keçirilib. Partiya fəalları yeni sədrə uğurlar arzulayıblar.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər