ABŞ-ın müdafiə naziri Lloyd Ostin bu gün Cənubi Koreyaya səfər edəcək.
Modern.az "Yonhap"a istinadən xəbər verir ki, o, paytaxt Seulda həmkarı Li Conq-Sapla görüşəcək.
Əsas müzakirə mövzusunun KXDR-dən nüvə təhdidi və digər təhlükəsizlik məsələləri olduğu qeyd edilib.
Həmçinin ABŞ-ın regionda hərbi çəkindiricilik qabiliyyətinin genişləndirilməsi istiqamətində müzakirələr aparılacaq. Tərəflər nüvə təhdidi ssenarisi ilə bağlı bir neçə hərbi planı nəzərdə keçirəcəklər.
Versiyalar haqqında fikir mübadiləsi aparıldıqdan sonra tədbirlər barədə danışılacaq.